Ş.Nadirovanın rəhbərliyi altında növbəti direktoryanı müşavirə keçirildi

09.10.2021 ci il tarixində məktəbdə direktoryanı müşavirə keçirildi. Müşavirədə məktəbin direktoru Ş.Nadirova, təlim tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili, riyaziyyat, ingilis dili və digər fənn müəllimləri iştirak etdi. Müşavirədə IX sinfin 2020 – 2021-ci tədris ilində buraxılış imtahanlarının nəticələri müzakirə olundu. Bu fənlər üzrə imtahan göstəricilərinə əsasən təhlillər aparıldı. Buraxılış imtahanında daha yüksək nəticə əldə etməyin yolları axtarıldı, hədəflər seçildi. Keyfiyyətin artırılması və yüksək nəticələrin əldə olunması peşəkar, bacarıqlı kadrların fəaliyyətindən asılı olduğu qeyd edildi.