5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

E. Ağayev adına 198 N-li tam orta məktəbdə 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi və məktəbin müəllim kollektivi iştirak etdilər. Burada müəllimin cəmiyyətdəki mühüm və əvəzolunmaz rolundan danışıldı. Qədim zamanlardan bu günümüzə qədər müəllimin əməyi hər zaman yüksək qiymətləndirilmişdir. Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim əməyinə əsla dəyər verilə bilməz. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
Tədbirdə çıxış edən müəllim kollektivi müəllimlərə hər zaman dəstək olaraq stimul verən rəhbərliyə öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda təhsil sahəsində yüksək keyfiyyət göstəricilərinə görə Pedaqoji şurada qərar qəbul olunaraq məktəbin 8 peşəkar müəllimi Fəxri Fərmanla mükafatlandırıldı.
Sonda hər bir müəllimə şərəfli peşə yolunda uğurlar arzu edirik!