Ölümləri ilə ölümsüzlüyə yüksələnlər

       E. Ağayev adına 198 N-li tam orta məktəbdə 27 Sentyabr  "Anım Gününə" həsr olunmuş iki hissəli tədbir keçirildi. İlk öncə məktəbin foesində şəhidlərin şəkillərindən ibarət fotosərgi nümayiş etdirildi, ədəbi-bədii kompozisiyada onların mübarizə yolunu əks etdirən şeirlər səsləndirildi. Tədbirdə 44 günlük Vətən müharibəsinin canlı şahidləri, məktəbin məzunları iştirak edirdilər. Daha sonra məktəbin müəllim və şagird kollektivi Ramana qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərin məzarına gül dəstələri qoydular. Himn səsləndirdilər və şəhidlərin keçdiyi döyüş yolundan çıxışlar etdilər. Saat 12:00 da ölkəmizin hər bir yerində olduğu kimi bütün Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən qəsəbə sakinləri şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasında məktəbin və müəllimin böyük rolundan danışdılar və məktəb rəhbərliyinə təşəkkürlərini bildirdilər. Allah Şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi