Məktəbimizdə qeyd olunan 15 sentyabr - "Bilik günü"

Məktəbimizdə şagirdlərin olmamasına baxmayaraq, 15 sentyabr - ”Bilik Günü” münasibət ilə kollektivlə birgə “Qarabağ Azərbaycandır” şüarı altında yürüş təşkil edildi. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müəssisə rəhbərləri - Nadirova Şəlalə çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məsələlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından, Qarabağ müharibəsində qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan bəhs etdi.
Yürüşün başlanması ilə Ramana qəsəbəsində yerləşən “Ana abidəsi” və şəhidlərin məzarları ziyarət edildi, onların xatirəsi bir dəqiqəlik sükutla yad etdildi. Eyni zamanda qəsəbə sakinləri də yürüşə böyük həvəslə qoşuldular. TARİXİ QƏLƏBİMİZİ ŞƏHİDLƏRİMİZƏ BORCLUYUQ, MÜZƏFFƏR ORDUMUZA, HƏMRƏYLİYİMİZƏ BORCLUYUQ! YAŞASIN ŞANLI AZƏRBAYCAN XALQI!