Ələt Azad-İqtisadi zonasının texniki göstəriciləri və ixracyönümlü istehsalın artmasına töhfəsi

      14 aprel 2009-cu ildə "Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanunu" qəbul olunmuşdur. Qanuna əsasən, AİZ-in yaradılması üçün zəruri olan infrastruktur (yol, elektrik enerjisi, qaz, su təminatı və s.), işçi qüvvəsi və digər amillər nəzərə alınmalıdır. Bundan başqa, AİZ-ə tələb olunan güzəştli gömrük, azad ticarət, vergilərdən azad, investisiyaların genişlənməsi məqsədilə şəraitin yaradılması və s. şərtlərin yerinə yetirilməsi üçün əsasnamə hazırlanmışdır. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin  60 hektarında layihələndirmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar artıq atılıb. Hal-hazırda ƏİZ-nın açılması Azərbaycanda iqtisasi göstəricilərin artmasına, iş yerlərinin çoxalmasına və xarici şirkətlərin Azərbaycan ərazisinə investisiyanın qoyuluşunun təmin edilməsinə gətirib çıxarır. Ümumilikdə dünya təcrübəsinə baxsaq görərik ki, bir çox inkişaf etmiş ölkələrdə azad iqtisadi zonaların varlığı bir çox iqtisadi göstəricilərin artmasına gətirib çıxarır. ƏİZ-in açılması Azərbaycanda qeyri-neft sektoruna qoyulan sərmayənin artırılmasında mühüm rol oynayır. Bu da ümumilikdə neft sektorunun deyil, eyni zamanda qeyri-neft sektorunun da inkişafının sürətləndirilməsinə səbəb olmuşdur. Bu yolda biz cənab Prezidentin imzaladığı Fərmanların və gördüyü böyük işlərin nəticələrinin şahidi oluruq. Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir.
      Bu zonanın yaradılması ideyasının təməlində cənab Prezidentin də qeyd etdiyi kimi dövlətin siyasəti dayanır. Son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir.

Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi Ülkər Əliyeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi