E. Ağayev adına 198 nömrəli tam orta məktəbdə direktoryanı müşavirə keçirildi

2020-2021 - ci tədris ilinin yekun hesabatına hazırlıq məqsədi ilə E. Ağayev adına 198 nömrəli tam orta məktəbdə direktoryanı müşavirə keçirildi. Müşavirədə tədris pedoqoji prosesin idarə edilməsi, metodiki və kadr məsələləri ilə işin təşkili təhlil edildi.
Eyni zamanda məktəbdə təhlükəsizlik, dövlət əmlakının qorunub saxlanılması və sanitar gigiyenik qaydalara riayət edilməsi məsələləri müzakirə edildi.