Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illik ildönünə həsr edilən onlayn tədbir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illik ildönümü ilə əlaqədar məktəbimizin Tarix müəllimi Qiyasova Lalə "AZƏRBAYCANIN BUGÜNKÜ İNKİŞAFININ TƏMƏLİ ULU ÖNDƏRİN HƏLƏ RESPUBLİKAYA RƏHBƏRLİYİNİN İLK DÖVRLƏRİNDƏ QOYULUB" adlı tədbir keçirdi. Xla sinfinin şagirdləri çıxış edərək ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən söz açdılar.
Xla sinfinin şagirdi Fərzəliyeva Çinarə ümummilli lider H.Əliyevin demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışdı. Şagirdlər ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim xalqımızın milli mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşməsinə çalışdığını qeyd etdilər. Daha sonra H.Əliyevin yolunu layiqincə davam etdirən prezident İlham Əliyevin ətrafında Azərbaycan gəncliyinin sıx birləşdiyini vurğuladılar. Onu da qeyd etdilər ki, "Biz öz milli, mənəvi dəyərlərimizlə, adət-ənənələrimizə fəxr edirik" deyən dahi lider verdiyi qərarlarla, möhtəşəm çıxışları ilə hər zaman gənc nəsli milli dəyərlərimizə dərindən yiyələnməyə səsləyib.
Sonda Xla sinif şagirdi Fidan Rəcəbovanın ulu öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarxı nümayiş olundu.