“Abituriyentlərdə imtahan stressinin aradan qaldırılması üsulları ”

29.04.2021 ci il tarixində məktəbimizin tam (11 illik) orta təhsil bazasında təhsil alan şagirdlərin buraxılış imtahanlarının birinci mərhələsinə dair “Abituriyentlərdə imtahan stresinin aradan qaldırılması üsulları ” mövzusunda onlayn vebinar, görüş keçirildi. Vebinarı giriş sözü ilə açan məktəbin direktoru Şəlalə Nadirova abituriyentlərə buraxılış imtahanlarında uğurlar arzulayaraq diqqət etməli olduqları məqamlar barədə maarifləndirici məlumatlar verdi. Məktəbimizin psixoloqu Mətləb Bayramov “Stress, imtahan stressi, səbəbləri və stressi aradan qaldırmağa yönəlmiş psixoloji metodlar və nəfəs texnikaları” haqqında ətraflı məlumat verərək abituriyentləri maraqlandıran suallar cavablandırıldı.
Onlayn vebinarın keçirilməsində məqsəd məktəbin buraxılış (11 illik) sinfində təhsil alan şagirdlərə imtahan stresinin azaldılması və aradan qaldırılmasında kömək etmək və onlara mənəvi sosial psixoloji dəstək olmaq idi.