Şəlalə Nadirovanın rəhbərliyi altında Pedaqoji şuranın növbəti iclası keçirildi

       29.04.2021 ci il E. Ağayev adına 198 nömrəli tam orta məktəbin direktoru Şəlalə Nadirovanın sədrliyi ilə Pedoqoji şuranın növbəti iclası keçirildi. Pedoqoji şurada 9-cu siniflərin onlayn sınaq qiymətləndirilməsinin təşkili, 11-ci siniflərə buraxılış imtahan qabağı psixoloji dəstəyin verilməsi, pandemiya şəraitində karantin qaydalarına uyğun olaraq tədrisin təşkili formaları müzakirə olundu. Eyni zamanda 6–7-ci sinif şagirdlərinin fənn müsabiqələrində iştirakı və nəticələri, Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş məntiq olimpiyadasına və N. Gəncəvinin 880 illiyi ilə bağlı şeir və rəsm müsabiqələrinin keçirilməsinə hazırlıq məsələləri barədə söhbət açıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi