" Şagirdlərin imtahan həyəcanının korreksiyası " mövzusunda onlayn görüş

28.04.2021 ci il E. Ağayev adına 198 nömrəli məktəbin ümumi orta (9 illik) təhsil bazasında təhsil alan şagirdlərin "test-sınaq" qiymətləndirilməsi qabağı "Şagirdlərin imtahan həyəcanının korreksiyası" mövzusunda onlayn görüş keçirildi. Görüş Nadirova Şəlalənin çıxışı ilə başladı. O, öz çıxışında imtahan qabağı şagirdlərə uğurlar arzuladı. Görüşdə şagirdlərə "İmtahan həyəcanı, stressi nədir və bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? " sualları ətrafında müzakirələr aparılaraq müxtəlif videoroliklər nümayiş etdirildi.
Görüşün keçirilməsində məqsəd məktəbin buraxılış (9 illik) sinifində təhsil alan şagirdlərin imtahan həyacanını aradan qaldırılmasına kömək etmək və onlara mənəvi psixoloji dəstək olmaqdı.