“İntiharın profilaktikası” onlayn maarifləndirici vebinar

Müasir dövrdə pandemiyanın gətirdiyi problemlər və çətinliklər, insanlar arasında canlı ünsiyyətdən məsafədən ünsiyyətə keçid hər bir yaş dövründə olan insanlara təsir etdiyi kimi ən çox məktəbyaşlı, yeniyetmə və böyükməktəb yaşlı şagirdlərə təsir edir.
Bu təsirlərin neqativ nəticələrinin qarşısını almaq üçün 16.04.2021 ci ildə məktəbin direktoru Şəlalə Nadirova, Təlim- tərbiyə üzrə direktor müavini Lalə Səmədova, Profaylinq üzrə mütəxəssis Təbriz Hacıniski, Bakı Şəhər üzrə Təhsil İdarəsinin psixoloji xidmət üzrə mentoru Elşad Səfixanov, məktəbin psixoloqu Mətləb Bayramov, müəllimlər və valideynlərlə birgə “İntiharın profilaktikası” onlayn maarifləndirici vebinar keçirildi. Vebinarı giriş sözləri ilə açan məktəbin direktoru Şəlalə Nadirova qonaqları, müəllimlər və valideynləri salamlayaraq, mövzunun aktuallığını bir daha vurğuladı. Daha sonra məktəbin psixoloqu Mətləb Bayramov valideynlər və müəllimlərə yaş dövrləri, yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri və 17 yaş böhranı haqqında məlumat verərək, valideynləri və müəllimləri maraqlandıran sualları cavablandırdı. BŞTİ - nin psixoloji xidmət üzrə mentoru Elşad Səfixanov özünüəqəsdin səbəblərini, intiharqabağı əlamətləri, intiharın qarşısının alınma yollarını, valideynlər üçün tövsiyər və istiqamətlər haqqında məlumat verərək valideynlərdə sual yaradan məqamlar ətraflı cavablandırdı.
Maarifləndirici onlayn vebinarın keçirilməsində məqsəd valideynlər və müəllimləri intiharın qarşısını almaqla bağlı maarifləndirməsi, yeniyetmə, böyükməktəbli və gənclik yaş dövründə olan şagirdlər arasında intihar riskinin azaldılması və qarşısının alınması idi.