Soyqırım qurbanları ehtiramla anılır

          31.03.2021-ci il tarixdə E. Ağayev adına 198N-li tam orta məktəbin tarix müəllimi Hüseynova Xırdaxanım 8b sinif şagirdləri ilə "1918-ci il 31 mart erməni soyqırımı" adlı onlayn sinif təşkilat saatı keçirdi. Şagirdlərin tarixi faktlara əsaslanan məlumatları dinlənildi. Xırdaxanım müəllimə tədbir zamanı həmin dövrdə Bakı kəndlərində törədilən vəhşiliklərdən bəhs etdi. Hətta Ramana kəndində yaşayan Adıgözəlovlar ailəsinin 11 nəfərinin bir tövləyə yığılıb yandırılmasından ürəkağrısı ilə danışdı. Tədbirdə iştirak edən məktəbin direktoru Şəlalə Nadirova ermənilərin vəhşiliklərinin 44 günlük müharibədə dinc əhalini bombardman etməklə bir daha sübuta yetirilməsi diqqətə çatdırıldı və dünya ölkələri erməni vandalizminin şahidi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi