Bu Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılacaq hadisədir

         Ali baş komandan İlham Əliyevin düzgün siyasəti və müzəffər ordumuzun səyi nəticəsində vətən müharibəsində qazanılmış qələbənin ölkəmizin gələcək inkişafında rolu çox böyükdür. Zəfər paradının gənclərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyəti, xalq-dövlət-ordu birliyi, qazi və şəhid ailələrinin problemləri ilə məşğul olacaq yeni yaradılmış “YAŞAT FONDU” nun gələcək fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə aparılacaq yeni quruculuq işləri, ölkəmizin beynəxlaq müstəvidə artan rolu, Türkiyənin dəstəyi və qardaş ölkə ilə əməkdaşlıq prespektivləri demokratik ənənələrin inkişafında böyük rol oynamışdır.

        Vətən müharibəsi, əldə olunan qələbə doğma Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılacaq hadisədir. Ölkənin və ümumiyyətlə regionun inkişafında böyük dəyişikliklərə səbəb olacaq qələbə hələ uzun illər ərzində alim və siyasətçilər tərəfindən tədqiq ediləcək. 44 gün davam edən müharibə zamanı bütün dünya Azərbaycanda yaşanan ümummilli və siyasi həmrəyliyə şahid oldu.

       Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan müstəqillik dövrünün tarixi ilə demək olar ki üst-üstə düşür. Azərbaycan özünün müstəqilliyini 1991-ci il oktyabrın 18-də bəyan edib. Yeni Azərbaycan Partiyası isə 1992-ci ilin noyabrın 21-də yaradılıb. Həmin illər Azərbaycan üçün ən ağır və ən məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyinin qorunub saxlanılması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Azərbaycan xalqı bu məsələdə ulu öndər Heydər Əlieyv fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, ulu öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütovlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya- YAP-a rəhbərlik etməsi xahiş edilirdi. Bu heç də asan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılması, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bu siyasi kursu davam etdirmək asan məsələ deyil. Çünki burda Heydər Əliyev ideologiyası var. Bu ideolgiya və dövlətçilik fəlsəfəsi çox zəngindir.bu siyasi kursu layiqincə davam etdirmək böyük məsuliyyətdir. Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev bu rolu çox böyük məsuliyyətlə həyata keçirir. Ölkədə demokratik ənənələri inkişaf etdirir.

       2021-ci ilin martın 5 - də Yeni Azərbaycan Partiyasının 7-ci qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev və 1-ci vitse-prezident Yeni Azərbaycan Partiyasının sədrinin müavini Mehriban xanım Əliyeva qurultayın işində iştirak ediblər.

Qurultayda Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbulm edilib.

        Azərbaycanda ilk dəfədir ki, bu sayda siyasi partiya həmrəylik nümayiş etdirərək digər güclü siyasi təşkilata birləşir. Bundan əvvəlki dövrün siyasi proseslərində bu cür yaddaqalan hadisəyə, 6 partiyanın başqa bir partiyaya qoşulmasına rast gəlinməyib. Xatırladım ki, ümumilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə təşəkkül tapıb. Bugün Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına qoşulması digər siyasi təşkilatların tarixi təcrübəyə malik partiya ilə birgə addımlamaq istəyindən qaynaqlanır. Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir. Bugün YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərləsinin təcəssümünə çevrilir. Bu cur tendensiyalar eyni zamanda iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir.

                                                                                                                                                                                                                     Lalə Qiyasova

Ramana qəsəbəsi, E. Ağayev adına 198 nömrəli məktəbin tarix müəllimi 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi