Məktəbimizdə 9-cu siniflərin sınaq qiymətləndirilməsi keçirildi

         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 9-cu siniflər üçün təşkil etdiyi onlayn sınaq qiymətləndirmə  nəticəsi olaraq səviyyələrə uyğun şagirdlərin qruplaşdırılması, nəticəsi zəif hesab olunan şagirdlər üçün əlavə məşğələlərin təşkil olunmasından sonra keyfiyyət göstəricisini ölçmək məqsədi ilə 15 mart 2021-ci il tarixində yenidən sınaq qiymətləndirmə keçirildi.Sınaq qiymətləndirmə verilən tarixdə 2 növbəli pandemiya şəraitinə uyğun olaraq hər sinif 2 qrupa bölünərək təşkil edildi.Sinif otağında şagirdləri yerləşdirən zaman sinif otağının tutumunu nəzərə alındı, sosial məsafəni gözləmək şərti ilə hər partada bir şagird yerləşdirildi. Şagirdlər məktəbə daxil olan zaman hərarətləri ölçüldü, dizinfeksiya etmək məqsədi ilə spirtlənib otaqlara daxil oldular. 1-ci qrup sınaq qiymətləndirməni bitirib otaqdan cıxandan  sonra pəncərələr açılıb, otağın havası dəyişdirilib, dizinfeksiya edilib eyni qayda ilə 2-ci qrup sinfə daxil oldu.

        Sınaq  testlərin cavabları həmin gün excel faylında tapşırılan elektron ünvana göndərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi