Xocalı faciəsini ehtiramla anırıq

             Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə bağlı 25.02.2020 - ci ildə zoom proqramı vasitəsi ilə onlayn şəkildə şagirdlərimizlə görüş təşkil edildi. Görüşdə məktəbimizin tarix müəliməsi H. Lalə müəllim şagirdlərimizə Xocalı soyqırımı  haqqında məlumat verdi. O, öz çıxışında Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət aç. Eyni zamanda, Xocalı soyqırımına tarixi, siyasi və hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu bir daha şagirdlərin diqqətinə çatdır. Bildirildi ki, məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində faciənin əsl mahiyyəti və günahkarları üzə çıxarılıb. Ali baş komandanımız  İlham Əliyevin uğurlu siyasəti 44 günlük Vətən müharibəsində düşmənin darmadağın edilməsini, şanlı qələbənin qazanılmasını, torpaqlarımızın işğaldan azad olunmasını və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığını sübuta yetirdi. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin.

             Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənildi, Vətənə, topağa aid şeirlər səsləndirdilər.

             Həmçinin məktəbimizdə  Xocalı faciəsinə dair rəsm müsabiqəsi və sərgilər də  təşkil edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi