44 günlük müharibədə tarix yazan Azərbaycan əsgəri

Bugün Sabunçu rayonu 198 nömrəli tam orta məktəbin şagirdləri ilə 44 günlük Vətən müharibəsində iştirak edən keçmiş məzunlarımızla zoom platforması üzərindən görüş təşkil olundu. Görüş məktəbimizin direktoru Şəlalə Nadirova çıxışı ilə açıldı. O, 44 günlük Vətən müharibəsində iştirak edən döyüşçüləri salamladı və şanlı Azərbaycan ordusunun tarix yazan qələbəsindən danışdı. Dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş vermişdir. Azərbaycanın zəfər tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Qələbə sevincini bizə yaşadan rəşadətli ordumuzun ön sıralarında 12 şagirdimiz könüllü iştirak edirdi. Qonaqlarımız müharibədə iştirak etdikləri anları , qələbə sevinclərini ,canlı yaşadıqları hissləri şagirdlərimizlə bölüşdülər.
Sonda qürur yerimiz olan cəsur igidlərimiz şagirdlərimizin müxtəlif suallarına cavab verdilər.