Birinci sinif şagirdlərinin məktəbə psixoloji adaptasiyası

        Fevralın 1-də 198 nömrəli tam orta məktəb kollektivi öz şagirdlərini doğma sinif otaqlarında sevinclə qarşıladı. Artıq uzun müddət davam edən pandemiya dövrünün özü ilə gətirdiyi bir çox problemlər təhsil sferasından da yan keçməmişdir. Nəzərə alsaq ki, postpandemiya dövrü məktəbə yenicə qədəm qoyan birincilərin ən mühüm psixoloji problemlərindən birinə çevrilmiş və nəticədə onların məktəb həyatına sosial psixoloji adaptasiya olmaqlarında müəyyən çətinliklər yaratmışdır. Qeyd edək ki, məktəb adaptasiyanın fizioloji , psixoloji və sosial formalarından hər hansı birinin çatışmazlığı kiçik məktəblilərin təlim fəaliyyətində uğursuzluqla nəticələnməsinə səbəb ola bilər.Yuxarida sadaladıqlarımız müəyyən qədər aradan qaldırmaq üçün bu gün birinci siniflərə kiçik motorika bacarıqları üzrə "Nöqtələrin birləşdirilməsi" , "Boyama" , Diqqət və hafizə üzrə "Eyniləşdirmə" tipli tapşırıqlar yerinə yetirilərək , şagirdlərlə adaptasiyaedici oyunlar keçirildi.

        Tədbirin keçirilməsində məqsəd birinci sinif şagirdlərinin məktəbə adaptasiya prosesinə dəstək olmaq və şagirdlərsə yaranacaq adaptasiya çətinliklərinin aradan qaldırılmasına köməklik etmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi