198 nömrəli tam orta məktəbdə "Stressin İdarə Olunması" mövzusunda keçirilən onlayn tədbir

Bu gün 198 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin F-260 nömrəli əmrinə əsasən yuxarı sinif şagirdləri ilə "Stressin idarə edilməsi" mövzusunda onlayn maarifləndirici seminar keçirildi. Seminarda müasir dövrün aktual psixoloji problemlərindən olan "Stress və onun idarə edilməsi" probleminə toxunuraq , stess və onun yaranması səbəbləri , daxilimizdəki harmoniya , onu necə tapmaq olar, stressdən azad olmağın yolları haqqında təqdimat nümayiş etdirilərək psixoloji məlumatlar verilmiş və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Onlayn maarifləndirici seminarın keçirilməsində məqsəd yuxarı sinif şagirdlərində stress və onun idarə olunması haqqında məlumtlandıraraq, stressi idarə etmək bacarıq və vərdişlərini formalaşdırmaq idi.