198 nömrəli tam orta məktəb rəhbərliyi pedaqoji kollektivlə növbəti görüşünü keçirdi

         21.01.2021-ci il tarixində E. Ağayev adına 198 nömrəli tam orta məktəb rəhbərliyi Təhsil Nazirliyinin  “ Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının  (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası ” qərarı ilə bağlı pedaqoji kollektivlə teams platforması üzərindən virtual iclas keçirdi.

         İclasın keçirilməsində əsas məqsəd karantin dövrü ilə bağlı yaranan problemlərin aradan qaldırılması üçün müvafiq təlimatların verilməsi idi. Qiymətləndirmənin düzgün aparılması ilə bağlı metodbirləşmə rəhbərlərinə və sinif rəhbərlərinə təlimatlar verildi,lazımı şəraitin yaradılması vurğulandı. Qiymətləndirmə zamanı heç bir şagirdin kənarda qalmaması xüsusi ilə qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi