198 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadasının məktəb turu keçirildi

         16.01.2021- ci il tarixdə 198№li tam orta məktəbdə Respublika fənn olimpiadasının məktəb turu keçirildi. "Virtual məktəb" platformasında təşkil edilmiş olimpiadada VIII, IX, X, XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, Kimya, Fizika, Coğrafiya, Biologiya, Tarix və İnformatika fənləri üzrə iştirak etdilər. Olimpiadaya 28 faiz  şagird könüllü olaraq qatılmışdır.
         Olimpiadanın təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi,onlarda fənlərə olan marağın artırılması,sağlam rəqabətlə öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarət idi. Eyni zamanda bu olimpiada  şagirdlər üçün  məsafədən tədris imkanlarının təkmilləşdirilməsində mühüm rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi