198 nömrəli tam orta məktəbin direktoru Ş.Nadirovanın rəhbərliyi altında onlayn pedaqoji şura keçirildi

09.01.2021-ci il E.Ağayev adına 198№li tam orta məktəbin pedaqoji şurasının növbəti iclası keçirildi. İclasın əsas məqsədi virtual məktəb platforması üzərindən dərslərin keçirilməsinə nəzarət,olimpiadanın məktəb turuna şagirdlərin seçilməsi və 9-cu siniflərdə zəif oxuyan şagirdlərlə müəllimlərin məşğul olması idi.Bu məsələlər ətrafında pedaqoji şuranın sədri Ş.Nadirova və məktəbin pedoqoji işçiləri çıxış edərək öz fikir və təkliflərini irəli sürdülər.
Sonda "Azərbaycan xalqının tarixi qələbəsi"nin tədrisdə əks etdirilməsi haqqında BŞTİ-nin 2020 – 2021-ci il "Fəaliyyət planının" istiqamətləri və mövzuları kollektiv tərəfindən təhlil və müzakirə olundu.