Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə keçirilən onlayn görüş

        Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günü münaslbətilə Sabunçu rayonu E.Ağayev adına 198 nömrəli tam orta məktəbin direktoru Şəlalə Nadirovanın təşəbbüsü ilə məktəbin pedaqoji kollektivi Gürcüstan Respublikası Bolnisi rayonu Faxralı (Talaveri) kəndinin 1 və 2 nömrəli məktəblərinin kollektivləri arasında birgə onlayn görüş keçirilmişdir.

      Görüşdə 2 nömrəli orta məktəbin direktoru İsmayıl Xosrov müəllim , həmin məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Aygün Mahmu – dova, 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim , Gürcüstanda Azərbaycan diasporasının üzvü, şairə Fatma Əliyeva və bir sıra müəllim heyəti, eləcə də 198 nömrəli məktəbin 20 nəfərdən çox müəllimi iştirak etdi.

      Görüşdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “ Güc birlikdədir!” şüarı ilə xalqımızı birliyə çağıraraq, ordumuzun “dəmir yumruq” kimi düşmənə zərbə endirməsini , torpaqlarımızın azad olmasını xüsusi vurğuladılar. Bu böyük qələbə Respublika Prezidenti İlham Əliyevin düzgün hərbi , siyasi və iqtisadi siyasəti nəticəsində əldə olundu.

       Gürcüstanlı həmkarlarımız 44 günlük Vətən müharibəsi haqqında məlumatları anbaan izlədiklərini xüsusi vurğuladılar.

Görüşün sonunda Ş. Nadirovanın 2020-ci ilin ölkəmizdə zəfər ili kimi tarixə düşdüyü və 2021 –ci ilin Azərbaycan Respublikasının çiçəklənmə ili olması arzusu hamı tərəfindən alqışla bəyənildi.

       Onlayn görüşdə , həmçinin hər iki ölkənin təhsil sistemi, məktəblərin uğurları haqqında da danışıldı. Belə görüşlərin mütəmadi olaraq keçirilməsi təklifi irəli sürüldü.

                           Görüş dostluq, həmrəylik şəraitində başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi