198 nömrəli tam orta məktəbin direktoru Ş.Nadirovanın rəhbərliyi altında videokonfrans keçirildi

          01.12.2020-ci  ildə  E.Ağayev  adına  198  nömrəli  məktəbin  direktoru  Ş.Nadirovanın  rəhbərliyi  altında  müəllimlərimiz   və  şagirdlərimizin  iştirakı  ilə  videokonfrans  keçirildi. Konfransın  açılışını  məktəbimizin  direktoru  N.Şəlalə   etdikdən  sonra  Tərbiyə  işləri  üzrə  direktor  müavini  S.Lalə  tədbir  haqqında  ümumi  məlumat  verdi. Daha  sonra  tarix  müəllimi  Q.Lalə  Şuşamızın  tarixi  haqqında  ətraflı  məlumatlar  verdi. Ədəbiyyat  müəllimləri  Asyaxanım,  Z.Vüsalə  Qarabağımızın  görkəmli  şair  və  yazıçılarından  olan  M. P. Vaqif,  X. Natəvan, İ. Əfəndiyev  haqqında  dolğun  məlumatlar  verdilər.  Ədiblərimizin  şeirlərindən  və  əsərlərindən  mövzuya  uyğun  müxtəlif  parçalar  şagirdlərimizin  ifasında  səsləndirildi. Videokonfransın  məqsədi  sentyabrın  27-dən  başlayan  44  günlük  Vətən  müharibəsinin  Ali  Baş  komandanımızın  düzgün  siyasətisayəsində  şanlı  ordumuzun  müharibəni  zəfərlə  bitirməsi  və  xalqımızın  vətənpərvərliyini  əks  etdirmək  idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi