“UNUTSAQ UNUDULARIQ”

20.02.2020-ci il tarixdə Bakının Ramana qəsəbəsindəki E. Ağayev adına 198 №li tam orta məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “UNUTSAQ UNUDULARIQ” adlı tədbir keçirilib.

Tədbirdə qonaq qismində Azərbaycan Kingboxing Federasiyasının prezidenti A.Əliyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü D.Cəbrayılova, Sabunçu rayon əlillər cəmiyyətinin sədr müavini Ş.Bağırov, qazilər, idmançılar, Xocalı sakinləri və digərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra məktəbin direktoru Ş.Nadirova Xocalı soyqırımı haqqında məlumat verib, yaxın tariximizin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının xalqımızın qan yaddaşında əbədi olaraq həkk olunduğunu və Azərbaycan xalqı bu faciəni ürək ağrısı ilə hər zaman qəlbində yaşadacağını vurğlayıb.

Sonra tədbirin bədii hissəsinə keçid alınıb. Şagirdlərin ifasında Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olunub. Həmçinin məktəbin yeniyetmə kingbox’çuları nümunəvi çıxışlar ediblər.

Daha sonra deputatlar, Azərbaycan Kingboxing Federasiyasının prezidenti A.Əliyev, D.Cəbrayılova, Xocalı soyqırımının şahidi Murad Məhərrəmov çıxış edərək dövlətimiz tərəfindən uşaqlarımızın kiçik yaşlarından vətənpərvər ruhda böyüdülməsi üçün böyük işlər görüldüyünü bildirib, qanlı hadisənin XX əsrin ən böyük faciəsi olduğunu və tarixin heç nəyi unutmadığını bildiriblər. Qeyd olunub ki, Xocalı faicəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əvəzolunmaz işlər həyata keçirilir. Onun təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, faciə zamanı zərərçəkmiş şəxslərə təzminat verilməsinə nail olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox önəmli addımlar atılır.

Qeyd edək ki, “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına dəstək məqsədilə E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə anım tədbiri hər il təşkil olunur.

Tədbirin sonunda məktəbin direktoru Ş.Nadirovanın təşəbbüsü ilə məktəb kollektivi adından Qarabağ qazilərinə, Xocalı sakinlərinə göstərdikləri qəhrəmanlığa görə, hörmət əlaməti olaraq təşəkkürnamələr təqdim olunub.

 

#Təhsil #Məktəb #Şagird #Xocalı #UnutsaqUnudularıq #Tamaşa #198nömrəliməktəb #AzərbaycanKikboksinqFederasiyası #Qazilər #Idmançılar #Müəllim #Ramana #TəhsilNazirliyi #EduAz #XocalıSoyqırımı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi