İnsan alverinin qurbanı olmayaq

Müasir dövrümüzün əsas problemlərindən biri olan insan alveri problemi bizi və cəmiyyətimizi narahat edən mühüm məsələlərdəndir. Müasir quldarlığın bir növü kimi özünü göstərən insan alveri – oğurlama, dələduzluq, aldatma yolu ilə insanların məcburi əmək (xidmət), dilənçilik, orqan transplantasiyası, cinsi istismar, insan orqan və toxumalarının qanunsuz çıxarılması, qanunsuz cinayət fəaliyyətinə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi kimi digər hallarda özünü göstərir.

Problemin önəmli əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məktəb psixoloqu yuxarı sinif şagirdləri ilə seminar keçirdi. Seminarda insan alveri probleminin aktuallığı, insan alverinə məruz qalan insanların istismar və yalançı vədlərlə aldadıldığı qeyd olunaraq, şagirdlərin insan alverinin qurbanı olmamaq üçün “ Nə etmək olar? ” kimi suallara aydınlıq gətirildi.

Mövzü ətrafında bir çox qaranlıq məsələlərə aydınlıq gətirələrək onları bu kimi hallardan özünü və ətrafdakıları insanları qorumaq üçün müəyyən tövsiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi