Qaçaraq imla

4c sinfi bu dəfə imlanı qaçaraq yazmaq qərarına gəldi. Qaçaraq imla (running dictation) - bu üsul şagirdlərin darıxdırıcı imla dərslərində canlanmasına, həmçinin də onlarda oxuma, diktə etmə, yönləndirmə bacarıqlarının formalaşmasına kömək olur. İmla mətni bir neçə vərəqdə lövhədə asılır. Şagirdlər cütlərə, ya da kiçik qruplara bölünür və hər qrupdan imlanı diktə edəcək bir nümayəndə seçilir. Bu şagird lövhəyə yaxınlaşıb cümlələri yadında saxlamalı və gəlib qrupundakı digər şagirdlərə diktə etməlidir. Sonda tez və düzgün yazan qrup qalib olur. Şagirdlərin dili ilə desək: "İmla yazmaq heç bu qədər əyləncəli olmamışdı".