"Dostluq körpüsü" adlı layihə

Sabunçu rayonu 75,142,155,198 və 209 saylı tam orta məktəblər arasında "Dostluq körpüsü" adlı layihənin icrasına start verilib.
Bu gün 142 nömrəli tam orta məktəbdə 20 faciəsinin 30-cu ildönümünə həsr olunmuş " 20 Yanvar - Azərbaycan xalqının şanlı qəhrəmanlıq səhifəsi" mövzusunda 5-ci siniflər arasında yarış keçirildi. 155 saylı tam orta məktəb 1-ci yerə, 198 saylı tam orta məktəb 2 -ci yerə, 75 saylı tam orta məktəb 3 - cü yerə layiq görüldülər. 209 və 142 saylı məktəblər fərqləndirici mükafat aldılar.