Qaliblərin mükafatlandırılması

Məktəbimizdə 2019-cu ilin yekunu ilə bağlı bir sıra şagirdlər təşəkkürnamə ilə təltif olunmuşdur. Məktəbin ictimai işlərində fəal iştirakına görə R.Fidan və M.Aynur, K.Aynel ingilis dili üzrə esse yarışında iştirakına görə, 8a sinif şagirdləri Töhvə (III yer), Səkinəxanım (II yer), Zülfiyyə (I yer) "Gəlin tanış olaq" laihəsində iştiraklarına görə mükafatlandırılmışdırlar. Onu da qeyd edək ki, Zülfiyyənin hazırladığı videoçarx Bakı şəhəri üzrə 198 məktəb arasında III yerə laiq görülmüşdür.