Dünya Azərbaycanlılarının Həmrəylik Günü

29 dekabr tarixdə 198 nömrəli tam orta məktəbin 7b sinifinin rəhbəri X.Hüseynova şagirdlərlə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram tədbiri keçirdi. Şagirdlər Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixi haqqında ətraflı məlumat verdilər. Daha sonra Azərbaycana və yeni ilə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Şaxta baba və qarqız obrazında olan şagirdlər şam ağacı ətrafında dövrə vuraraq yeni ilə həsr olunmuş mahnılar oxudular. Tədbirin sonunda X.Hüseynova şagirləri və müəllimləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, hərkəsə növbəti -2020-ci ildə uğurlar arzuladı.