Yeni il şənliyi

29 dekabr tarixdə 198 nömrəli tam orta məktəbdə, xarici dil müəllimlərinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi. Şənlikdə şagird və müəllim heyəti iştirak etdilər. Şagirdlərin hazırladıqları rəngarəng nömrələr-azərbaycan, rus və ingilis dilində şeirlər, mahnılar, yeni il təbrikləri xüsusi maraq və alqışlarla qarşılandı. Tədbirin sonunda məktəbin direktoru Ş.Nadirova şagirləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib,onlara xoş arzularını bildirdi.