"Sinfin idarə olunması"

Məktəb müəllimləri ilə sinifin idarə edilməsi mövzusunda seminar keçirildi. Sinfin səmərəli idarə edilməsi müəllimin qarşısında duran önəmli vəzifələrdən biridir. Təcrübəli müəllim Qoşqar Məhərrəmov bu istiqamətdə tətbiq etdiyi böyük və kiçik strategiyaları müəllimlərin diqqətinə çatdıraraq "Təhsilin idarə edilməsi üzrə" məktəb müəllimlərinin inkşafı üçün müxtəlif nümunələrlə sinif rəhbərinin əsas işin təhsil alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və müstəqil tənqidi təfəkkürə malik olmağı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq, sağlam həyat tərzinə alışdırmaq, yaradıcı şəxsiyyət və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşdırmaq olduğunu vuğurlamaqla yanaşı hər zaman inkşaf etməyin və yeniliklərə açıq olmağın önəmini vuğurlayıb müəllimlərə bu ağır eyni zamanda şərəfli işdə uğurlar arzu etdi. Təlim məktəb rəhbərliyi tərəfindən müəllimlərin inkşafı üçün təşkil olunmuşdur.