"Qan-damar sistemi"

24.12.19 il tarixində 8c sinfində Biologiya fənnindən "Qan-damar sistemi" bölmesini əhatə edən ümumiləşdirici dərs keçirildi. Dərs prosesində Fzika, Biologiya və Kimya fənləri bir-birile inteqrasiya edildi. Dərsdə şagirdlər məməli heyvan ürəyinin quruluşu ilə canlı olaraq tanış oldular. Fizika fənnindən əldə etdikləri biliklərə əsasən təzyiq, onun növləri, təzyiqi ölçən cihazlar və təzyiqin ölçülmə qaydalari haqqında məlumat verdilər. İnsanda arterial təzyiqin ölçülməsi bacarığına yiyələndilər. Dərsin sonunda "süni qan" alınması ilə nəticələnən laborator tapşırlq yerinə yetirdilər. Dərsdə məqsəd şagirdlərin bu fənlərdən qazandigi biliklərlə yanaşı bacariqlarin da formalaşdirilmasıdır.