“Valideynin məktəbdə bir günü”

11 dekabr tarixdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi. Layihənin keçirildiyi müddətdə valideynlərə məktəbin direktoru Ş.Nadirova,təlim-tərbiyə işləri üzrə direktor müavini T.Rəhimova, psixoloq M.Bayramov şagirdlər haqqında ətraflı məlumat verdilər və eyni zamanda şagirdlərlə bağlı məktəb rəhbərliyinin irad və tövsiyələri dinlənildi. Valideynlər məktəbin foyesində təşkil olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiylə tanış oldular. Akt zalında “Ulu öndəri anaq!” adlı H.Əliyevin 16-cı ildönümünə həsr olunmuş tədbirə tamaşa etdilər. Həmçinin onlar övladlarının oxuduğu siniflərə daxil olaraq dərsləri dinlədilər və tədrisin gedişatını əyani olaraq müşahidə etdilər. Tədbir valideynlərin marağına səbəb oldu.

Layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığının təmin olunması, məktəbin pedaqoji heyətinin rəy və təkliflərinin əldə edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi