"Məsuliyyət çantamız"

4c sinfi  "Məsuliyyət çantamız" adlı yeni bir layihəyə start verdi. Layihənin qısaca təsviri belədir: çanta və onun içərisindəki kitab bir günlük ona həvalə edilən şagirdin məsuliyyətindədir. Şagird çantanı evə aparır, içərisindən bir hekayə seçib ailəsi ilə birgə oxuyur, səhər onu unutmadan səliqəli şəkildə yenidən məktəbə gətirir, oxuduğu hekayənin kiçik məzmununu və çıxardığı nəticəni şagirdlərə danışır. Bütün bu deyilənləri ardıcıllıqa yerinə yetirən şagird "Məsuliyyətliyəm" nişanı qazanır. Məqsəd şagirdlərdə onlara həvalə edilən əşyaya, işə məsuliyyətli yanaşmanı, oxuya sevgini, özünü ifadə bacarığını  formalaşdırmaqdı. Bütün sinifləri bu layihəyə dəvət edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi