Uşaq hüquqları aylığı

  

 

        Uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2023-cü ildə də “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir.

        Uşaqların, xüsusilə çətin həyat şəraitində olan uşaqların vəziyyətinin öyrənilməsi, təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə, hüquq mühafizə, idman, mədəniyyət, istirahət, media və digər sahələrdə, habelə ailədə və cəmiyyətdə uşaqlar və onlarla müntəzəm təmasda olan şəxslər arasında uşaq hüquqları sahəsində məlumatlılığın artırılması önəmli hesab olunan məsələlərdir”.

        26 oktyabr 2023-cü il Elman Heydərov adına 197 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova və uşaq birliyi təşkilatı rəhbəri Vüsalə Heydərovanın təşkilatçılığı ilə 20 oktyabr -20 noyabr uşaq hüquqları aylığı çərçivəsində maarifləndirici tədbir keçirildi.Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etdi.

       İradə Salmanova qeyd edib ki, cəmiyyətin həssas təbəqəsi olan uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir: “Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Gələcəyimiz olan uşaqları fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətimiz üçün faydalı şəxsiyyət kimi yetişdirmək naminə səylərimizin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir”.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi