Qaradağ rayonunda velosiped yarışı keçirilib

 

       Mayın 6-da Qaradağ rayonu Lökbatan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, Qaradağ rayon İcra Hakimiyyəti və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə Velosiped yarışı keçirilib.

Yarışda 197 nömrəli tam orta məktəbin şagirdləri də iştirak ediblər.

       Keçirilən Velosiped yarışının əsas məqsədi Ulu Öndər Heydər Əliyevin irsini geniş təbliğ etmək, şagirdlərə vətənpərvərlik hissləri aşılamaq, onları dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməkdir.

       Eyni zamanda, fiziki cəhətdən sağlam gənc nəsil yetişdirmək və ekoloji təmizliyə şərait yaradan velosiped idman növünü gənclər arasında geniş təbliğ etməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi