Sinif təşkilat saatı

27 sentyabr 2024-cü il tarixində məktəbimizin ibtidai və yuxarı siniflərində  Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizədə həlak olan qəhrəman oğullarımızın əziz xatirəsinə həsr edilmiş sinif təşkilat saatı keçirildi. Dərslər Dövlət Himninin oxunması  və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilməsi ilə başladı. Şagirdlər çıxış edərək  44 gün  davam edən vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən  bəhs  etdilər. Şagirdlərə ordumuzun qəhrəmanlıqlarına, şanlı qələbəsinə həsr edilmiş  videoçarxlar nümayiş etdirildi. Sinif təşkilatlarını keçirməkdə məqsəd Vətən müharibəsində igidlik, cəsurluq, qəhrəmanlıq göstərmiş oğullarımızın şücaətləri ilə onları yaxından tanış etmək və şagirdləri vətənpərvərlik ruhda böyütməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi