Milli Qəhrəman Yusif Əliyevin anım günü

    25 sentyabr 2024-cü il tarixində məktəbimizin adını daşıdığı milli qəhrəmanımız Yusif Əliyevin anım günü keçirilmişdir. Təşkil olunan tədbirdə Qaradağ rayonu üzrə millət vəkili Aydın Əliyev,Qaradağ rayon İcra Hakimiyyətindən nümayəndələr, Qaradağ rayon Ağsaqallar Şurasının üzvləri, milli qəhrəmanın ailə   üzvləri və Vətən müharibəsi qaziləri iştirak etdilər. Dövlət himnimizlə açılan tədbirdə şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Milli qəhrəmanın döyüş yollarından bəhs edən videosüjet nümayiş edildi, şagirdlər tərəfindən şeirlər,"Xudayar " təsnifi səsləndirildi. Yusif Əliyevin məktəb xatirələri, gənclik illəri ilə bağlı xatirələrini bölüşən qonaqlar qəhrəmanı ehtiramla yad etdilər. Bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərimizin Vətən qarşısında vəzifələrini xatırlatmaq, onlarda vətənpərvərlik hissini inkişaf etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi