Dəyirmi masa keçirildi

    Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Qızılağac Milli Parkının yaradılması ilə bağlı idi. Belə ki, məktəbin biologiya müəllimi Aynur Abuzərovanın təşkilatçılığı ilə məktəbin 8c sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Tədbirin əvvəlində şagirdlərə noyabr ayında ölkəmizdə keçiriləcək "Tərəflərin Konfransı” COP29 haqqında məlumat verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə  Qızılağac Dövlət Təbiət Qoruğunun balansında Qızılağac Milli Parkının yaradılması, qoruğun tarixi, flora və fauna  növlərinin qorunub saxlanılması, bərpası , elmi-tədqiqatların aparılması, turizm və istirahət üçün şəraitin yaradılması haqqında şagirdlər arasında məlumat mübadiləsi aparıldı. Daha sonra şagirdlər Qızılağac Milli Parkı ilə bağlı sənədli film izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi