27 sentyabr anım günü

    Azərbaycan Respublikasının Rrezidentinin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 27 sentyabr 2024-cü il tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Hacıyevanın rəhbərliyi ilə VIIIA sinfi  "Anım günü"nə həsr olunan tədbir proqramı ilə çıxış etdi. Hər il olduğu kimi, bu il də 195 nömrəli məktəb bu özəl günü həm böyük bir hüznlə, həm də qürur hissi ilə qeyd etdi. Şagirdlərimiz canlandırdıqları şəhid obrazları ilə hər biri o günləri bir daha bizə yaşadır və gözlərimizi yaşardır. Məqsəd şagirdlərdə vətənpərvərlik və vətənə qayğı hisslərini aşılamaq və onları gələcəkdə vətənə, millətə xeyirli bir övlad olaraq yetişdirməkdir. Bu vətənin suyu bitər, çörəyi bitər, amma qəhrəmanları bitməz . Çünki onların davamçıları vardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi