Siniflərarası "Şahmat yarışı" keçirildi

              Şahmat oyunu asudə vaxtı səmərəli keçirməyə, intellektual səviyyəni yüksəltməyə və artırmağa stimul verən idman növlərindəndir. Şahmat idman növünün daha da inkişafına nail olunması, yeniyetmələrin stolüstü oyunlara marağının artırılması və onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə məktəbimizdə şahmat üzrə məktəbdaxili yarış keçirildi. Yarışda 5-10 cu sinif şagirdləri iştirak edirdi. Yarış üç mərhələdən ibarət oldu. 16 şagird final mərhələsinə vəsiqə qazanaraq 17 aprel tarixində keçirilən final oyununda yarışdılar. Yarışa məktəbin idman müəllimləri Ə. Məmmədov və Ş. Heydərova nəzarət edirdi. Qızlar və oğlanlar arasında keçirilən bu yarış tam obyektiv idi. Maraqla keçən yarışın yekun nəticələrinə əsasən 7c sinif şagirdi Murad Məmmədov I yerə, Gülnur Heydərova isə II yerə laiq görüdülər. Qaliblərə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olundu.  Qalib olan şagirdləri təbrik edir və onlara uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi