"Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"nü münasibətilə ekskursiya

    4b sinif şagirdləri "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"nü münasibətilə ekskursiyada oldular

Aprelin 18-i "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" kimi qeyd edilir. Bu günün məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək, tarixi abidələrin qorunmasına ictimaiyyətin diqqətini yönəltməkdir. Bu məqsədlə məktəbin 4b şagirdləri sinif rəhbəri Arzu Ağababayevanın iştirakı ilə Qala Qoruğu ərazisində fəaliyyət göstərən "Qala Arxeoloji Etnoqrafik Muzey" kompleksi, "Qala Abidə" kompleksi və "Tullantıdan sənətə" muzeyində ekskursiyada oldular. Şagirdlər qədim tarixə malik qayaüstü rəsmlər, keramika, məişət, bəzək əşyaları, sikkələr və qayaaltı yaşayış məskənləri ilə tanış oldular.

#BskıTəhsilİdatəsi #191Məktəb #şagird #məktəb #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi