Sevindirici nailiyyət

Məktəbimizin idman sahəsində fəaliyyət göstərən şagirdlərinin hər bir uğuru içtimaiyyət üzrə işıqlandırılandırılır. İdmançı şagirdlərimizin uğurları cərgəsində bu dəfə məktəbin 6ç sinif şagirdi İbrahimov Yasin yer aldı. Belə ki, Yasin Çeçenistan Respublikasının Qroznu şəhərində keçirilən 11-13 yaşlı yeniyetmələr arasında “Taekvondo-İTF” idman növü üzrə təşkil edilmiş dünya çempionatında iştirak etmişdir. Qeyd edək ki, dünya çempionatında onlarla Qafqaz dövlətlərindən yüzlərlə idmançı iştirak edirdi. Yasin əzmkar çıxışı ilə seçilərək I yerə layiq görülmüşdür və kubok, medal  Fəxri fərman , diplomla təltif edilmişdir. Məktəb rəhbərliyi və kollektivi adından idmançı şagirdlərimizi təbrik edir və uğurlarının davamını diləyirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi