Diaqnostik qiymətləndirmə nəticələrinin təhlili ilə bağlı metodiki şura üzvləri ilə görüş

` Diaqnostik qiymətləndirmə nəticələrinin təhlili ilə bağlı metodiki şura üzvləri ilə görüş keçirilib
“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”na əsasən məktəbdə bütün fənlər üzrə diaqnostik qiymətləndirmələr keçirilib.
Diaqnostik qiymətləndirmə dərs ilinin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi daşıyır. Qiymətləndirmənin keçirilməsi qədər onun düzgün təhlil olunması da vacibdir. Bu məqsədlə oktyabrın 10-da keçirilən metodiki toplantıda mövcud qiymətləndirmə materiallarının müxtəlif alətlər vasitəsilə düzgün təhlil olunmasının yoxlanılması, nəticələr uyğun məqsədli təkliflər planının hazırlanması, cari fəaliyyətin düzgün planlaşdırılması və s. məsələlər müzakirə olunub.
#Məktəb191 #Təhsil #DiaqnostikQiymətləndirmə #Təhlil #Müəllim #Qiymətləndirmə #EduAz #BakuEduAz