"Perspektiv (illik) və gündəlik planlaşdırmanın düzgün tərtibi" mövzusunda metodik görüşlər keçirilir

    Sentyabrın ilk həftəsindən etibarən “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində ibtidai sinif müəllimləri üçün metodik görüşlər təşkil edilib. “Perspektiv (illik) və gündəlik planlaşdırmanın düzgün tərtibi” mövzusunda təşkil edilən metodik görüşlərdə ARTİ-nin təqdim etdiyi illik və gündəlik planlaşdırma nümunələrinə əsasən müəllimlərin sualları cavablandırıldı,qarşıda duran məsələlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, məktəbdə müasir metodik xidmətin təşkili prosesi 2024-cü ilin fevral ayından etibarən başlanılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə həyata keçirdiyi layihənin məqsədi təhsilverənlərin metodiki və pedaqoji bacarıqlarını inkişaf etdirmək, onlara bu istiqamətdə dəstək göstərməkdir. Metodiki xidmətin tətbiqi keyfiyyətli təhsil üçün şərait yaradılması, müəllimlər arasında əməkdaşlıq, səmərəli müzakirələrin təşkilinə xidmət edir.

#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #MÜTDA #MDPİM #191məktəb #məktəb #Müəllim

#BakıTəhsilİdarəsi #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Layihə #Metodist #MetodikXidmət #fəalməktəb #tkta #dahatəhsilligələcək #dahatehsilligelecek

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi