Bakı Elm Olimpiadasının final mərhələsində iştirak edəcək şagirdlərlə görüş keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələrinə əsasən məktəbimizin komandası final mərhələsinə keçmişdir. Aprelin 8-də finalda iştirak edəcək şagirdlər 9b sinfindən

Nəsibli Banu, 10a sinfindən Ağaverdiyev Səid, 10ç sinfindən Mustafayeva Selcan, elmi rəhbər Əməkdar müəllim Rəhimə Əliyeva, fənn müəllimləri Şəfəq Həşimova və Səbinə Səfərova məktəb rəhbərliyi ilə görüşdü. Görüşdə növbəti mərhələ üçün nümunə suallar müzakirə olundu, fənn müəllimlərinin tövsiyəsi dinlənildi və komandanın işinə uğurlar arzu edildi.

Qeyd edək ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda final mərhələsində iştirak edəcək.

#191mekteb #ElmVəTəhsilNazirliyi #MÜTDA #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Mekteb191 #Məktəb #Müəllim #Şagird #virtualməktəb #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi