Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş viktorina keçirildi

    Məktəbin fəaliyyət planına uyğun olaraq aprelin 25-də IV siniflər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş viktorina keçirildi. "Günəş","Ulduz","Səma" komandalarının iştirak etdiyi viktorinada şagirdlər Azərbaycan dili, riyaziyyat, məntiq və dünyagörüşü əhatə edən suallara böyük həvəslə cavab verdilər. Qalib komanda və fəal iştirakçılar məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundu. Viktorinanın keçirilməsində əsas məqsəd şagirdlər arasında əməkdaşlığın, sağlam rəqabətin formalaşdırılması, bilik-bacarıqların artırılması və istedadlı şagirdləri aşkar etməkdir.

#UluÖndər101il #Ümummillilider #BakıTəhsilİdarəsi #191Məktəb #EduAz #bilikyarışı #viktorina #Təhsilforumu #fəalməktəb #virtualməktəb

#UluÖndər101il #Ümummilliliderlider #BakıTəhsilİdarəsi #191Məktəb #EduAz #bilikyarışı #viktorina #Təhsilforumu #fəalməktəb #virtualməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi