"Ümumxalq Hüzn Günü"nə həsr olunmuş ədəbi- bədii kompozisiya keçirildi

         17 yanvar tarixində Tİ üzrə direktor müavini Mehriban Məmmədocanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıldı. Məktəblilər öz qəhramanlıqları ilə yaddaşlara həkk olunan 20 Yanvar şəhidlərimizə həsr olunmuş bayatılar və şeirlər söylədilər. “20 Yanvar” faciəsi xalqımızın tarixində qanlı səhifə kimi yazıldı. Bu səhifəni heç zaman nə unutmaq, nə də ki, silmək mümkün deyil. Tədbirin sonunda iştirakçı şagirdlər vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarını heç zaman unutmayacaqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi