Məktəbin 8ç sinif şagirdi Təhməzov Hilal Ramil oğlu “WORLD LİGHT CONTACT KARATE” Confederasiyası tərəfindən 30 noyabr- 4 dekabr tarixlərində təşkil edilmiş dünya çempionatında iştirak etmişdir. Qeyd edək ki, dünya çempionatında 12 dövlətdən yüzlərlə idmançı iştirak edirdi. Hilal karate idman növünün “Light Contact Karate” kateqoriyasında 13 yaşlılar arasında 50-55 kq çəki dərəcəsi üzrə III yerə layiq görülmüş, medal və diplomla təltif edilmişdir.