Antibullinq təlimləri keçirildi
BŞTİ-nin tapşırığına əsasən məktəbdə noyabrın 6-dan 26-na kimi antibullinq təlimləri təşkil edildi. Təlimlərin keçirilməsində əsas məqsəd şagirdləri bullinq və onun qarşısının alınması yolları ilə tanış etmək, həmçinin bu vəziyyətlərdə istər məktəb, istər ailə və istərsə də cəmiyyətdə necə davranmalı olduqlarını şagirdlərə başa salmaq idi.
Keçirilən təlimlər mərhələ - mərhələ təşkilatçı müavin, məktəb psixoloqu və UBR tərəfindən məktəbin akt zalında, ayrı-ayrı sinif otaqlarında 5-11-ci sinif şagirdləri ilə təşkil edildi. Maarifləndirmə sessiyaları zamanı şagirdlərə "Mənimlə danış" videoçarxı nümayiş etdirildi.
Məktəbdə şagirdlər arasında bullinq hallarının baş verməməsi üçün mütəmadi olaraq bu təlimlərin keçirilməsi nəzərdə tutulur və maarifləndirmə tədbirləri davam etdirilir.